25 Aprel 2019
24 Aprel 2019
Gömrükçülər Opel Vectranın salonunda telefonlar aşkarladı - FOTO
Gömrükçülər Opel Vectranın salonunda telefonlar aşkarladı  - FOTO HADİSƏ 11:11 2018-09-24

Avtomobilin salonunda gizlədilmiş mobil telefonlar aşkar olunub

Unikal.org xəbər verir ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı avtomobil "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, nəqliyyat vasitəsinin arxa oturacaqlarının alt hissəsində xüsusi hazırlanmış gizli saxlanc yerində 4 ədəd " Samsung Galaxy J2 pro" və 6 ədəd " Samsung Galaxy J3 pro" telefonları aşkar edilib

Faktla bağlı araşdırma aparılır.

  • Gömrükçülər Opel Vectranın salonunda telefonlar aşkarladı  - FOTO
  • Gömrükçülər Opel Vectranın salonunda telefonlar aşkarladı  - FOTO