Avstraliyanın Royal Milli Parkının sahillərinə dalğalar nəhəng balinanın cəsədini atıb.

Unikal.org xəbər verir ki, hər gün minlərlə yerli sakin balina cəsədinə tamaşa etmək üçün əraziyə axışır.

18 metr uzunluğu, 40 ton çəkisi olan balinanın ölüm səbəbi araşdırılır. Mütəxəssislər ölü balinanın regiondakı köpək balıqlarının sayını artıracağını ehtimal edirlər. Bu səbəbdən çimərlikdə çimmək qadağan edilir.