2024-cü ildə futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək ölkənin adı açıqlanıb.

Unikal.org-un məlumatına görə, UEFA İcraiyyə Komitəsinin iclasında Almaniyanın namizədliyi qəbul edilib.

Almaniyanın 12 şəhərində təşkil olunacaq Avropa çempionatında 24 komanda iştirak edəcək.

Qeyd edək ki, Avro-2024-ə digər namizəd ölkə Türkiyə idi.