Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadasında IV turun qarşılaşmaları keçirilib.

Unikal.org xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi İngiltərə yığması ilə üz-üzə gəlib.

Qarşılaşma yığmamızın inamlı qələbəsi ilə başa çatıb - 3,5:0,5.

Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Teymur Rəcəbov rəqiblərinə qalib gəlib. Arkadi Naydiç isə öz görüşünü heç-heçə ilə başa vurub.

Qadınlardan ibarət yığma komanda isə ABŞ kollektivi ilə dueldən məğlub ayrılıb - 1,5:2,5. Komandanın heyətində yalnız Xanım Balacayeva qələbə qazana bilib.