"Çelsinin keçmiş müdafiəçisi Con Terri Eden Hazard haqqında maraqlı açıqlama verib.

Unikal.org xarici  mətbuatına istinadən xəbər verir ki, hazırda klubsuz olan müdafiəçi belçikalı hücumçunun dünyanın ən yaxşı futbolçusu olduğunu deyib:

"Hər şeyə baxmayaraq, Eden Hazard Lionel Messi və Kriştiano Ronaldo ilə eyni səviyyədədir. 5-6 mövsüm birlikdə oynadıq. Hazırda onun dünyanın ən yaxşısı olduğunu deyə bilərəm. Avropanın ən yaxşı futbolçularından biri olduğunu düşünürdüm, amma fikrimi dəyişdim. O, bəlkə də ən yaxşısıdır.

1998-2017-ci illərdə "Çelsinin şərəfini qoruyan ingiltərəli müdafiəçi ötən mövsümü "Aston Villada keçirib.