Son həftələrdə İspaniya La Liqasında uğursuz çıxış edən "Barselona futbolçu itkisi ilə üzləşib.

Unikal.org xəbər verir ki, katalonların fransız müdafiəçisi Samuel Umtiti zədələnib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə 24 yaşlı futbolçunun şənbə günü keçiriləçək "Barselona - "Atletik matçında iştirak etməyəcəyi bildirilib.

Umtitinin "Barselonanın Çempionlar Liqasında "Tottenhemə qarşı keçirəcəyi oyunda iştirakı da sual altındadır.