Azərbaycanın kişilərdən ibarət milli komandasıGürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti oyununu keçirib.

Unikal.org xəbər verir ki, yığma V turda Ermənistan kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan şahmatçılarının qələbəsi ilə başa çatıb -2,5:1,5.

Yığmanın heyətində Şəhriyar MəmmədayovLevon Aronyanı məğlub edib. Teymur Rəcəbov isəQabriel Sargissyandan üstün olub. Rauf Məmmədov öz görüşünü heş-heçə ilə başa vurduğu halda, Arkadi Naydiç dueldən məğlub ayrılıb.

V turdan sonra xallarının sayını10-a yüksəldən Azərbaycan millisi turnir cədvəlinə başçılıq edir.