"Qarabağın futbolçusu Con Delarj Konqo millisinə dəvət olunub.

Unikal.org xəbər verir ki, 27 yaşlı hücumçu Afrika Millətlər Liqasının oyunları üçün yığmaya çağırılıb.

Qeyd edək ki, Konqo komandası oktyabrın 11-də evdə, 16-da isə səfərdə Liberiya kollektivi ilə qarşılaşacaq.