Azərbaycanın voleybolçu qadınlardan ibarət millisi Yaponiyada keçirilən dünya çempionatında 2-ci turun oyununa çıxıb.

Unikal.org xəbər verir ki, C qrupunun oyununda azərbaycanlı voleybolçuların rəqib Cənubi Koreya yığması olub. Görüş Azərbaycan yığmasının qələbəsi ilə başa çatıb - 3:1.

İlk turda Azərbaycan millisi ABŞ-a 0:3, Cənubi Koreya isə Tailanda 2:3 hesabı ilə uduzmuşdu.

Keçirilən oyunlardan sonra C qrupunda turnir cədvəlinə 6 xalla ABŞ millisi başçılıq edir. Sonrakı 2 yerdə qərarlaşan Rusiya və Azərbaycanın hərəyə 3 xalı var. Tailand 2 xalla 3-cü, Cənubi Koreya 1 xalla 4-cü pillələrdədir. Xalı olmayan Trinidad və Tobaqo isə 6-cı pillədə qərarlaşıb.

Qadın voleybolçular arasında dünya çempionatı
C qrupu

30 sentyabr

Azərbaycan - Cənubi Koreya 3:1 (25:18, 25:18, 23:25, 25:18)