İspaniyanın "Barselona klubu ciddi itki ilə üzləşib.

Unikal.org xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi Serji Roberto "Atletiklə matçda zədələnib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Xəbərdə futbolçunun "Barselonanın Çempionlar Liqasında "Tottenhemə qarşı keçirəcəyi oyunda iştirak etməyəcəyi bildirilib.Robertonun nə qədər yaşıl meydanlardan uzaq qalacağı isə tam bəlli deyil.

"Barselona" - "Atletik" matçı 1:1 hesabıyla bitib.

Bir müddət əvvəl "Barsa"nın digər müdafiəçisi Samuel Umtiti də zədələnmişdi.