Onkoloji xəstəlikdən əziyyət çəkən aparıcı Zülfiyyə Bayramova, bir çoxlarından fərqli olaraq ağlayıb-sızlamır. O, özünün və ailəsinin dəstəyi ilə çox xoş günlər keçirir. Əməkdaşımız aparıcının səhhətiylə maraqlanıb.

Unikal.org  xəbər verir ki, Z.Bayramova moderator.az-a açıqlamasında ilk gündən xəstəliyini sevdiyini bildirib:

"İndi şanslı günlər keçirirəm və verdiyi şansa görə Allahıma şükür edirəm. İndi səhhətim yaxşıdır, müalicəm davam edir. Hələki iki kimyaterapiyam qalır. Mən ilk gündən xəstəliyimi sevmişəm. Şəkillərimlə bağlı da heç bir kompleksim yoxdur, hamısı əzizdir".