Türkiyə millisinin sabiq futbolçusu Arda Turanla müğənni Berkay arasında baş verən davanın görüntüləri üzə çıxıb.

Unikal.org xəbər verir ki, Berkayın burnunun qırılması ilə nəticələnən davanın görüntüləri Türkiyə mətbuatında yayılıb.

Lakin Arda davanın Berkayın arvadı Özlem Ada Şahinə sataşması səbəbi ilə baş verməsini təkzib edib. O, haqqında yayılan məlumatları inkar edərək, bunu "yalan adlandırıb. Futbolçunun iddiasına görə, ona şər atılır.