İspaniya çempionatının IX turunda "Sevilya ilə görüşdə "Barselonanın futbolçusu Lionel Messi zədələnərək meydanı erkən tərk edib.

Unikal.org xəbər verir ki, 31 yaşlı hücumçu 16-cı dəqiqədə qonaq komandanın oyunçusu Franko Vaskeslə toqquşaraq yerə yıxılıb. Nəticədə onun sağ qolu əzilib.

Həkimlər argentinalı forvardın qolunu bintlə sarısalar da, o, oyunu davam etdirə bilməyib və əvəzlənib. Ulduz futbolçu qolunda güclü ağrı olduğunu gizlətməyib.

Qeyd edək ki, Lionel Messi bundan əvvəl oyunun 12-ci dəqiqəsində komanda yoldaşı Luis Suaresin məhsuldar ötürməsini qola çevirib.