Bakıda bir sərnişin telefonunu avtobusun oturacağında unudub.Onun mobil telefonuhəmin vaxt marşrutda olan digər bir sərnişin tərəfindən oğurlanıb. Hadisə Bakıda 77 saylıavtobusda baş verib. Hadisə anı avtobusda quraşdırılan təhlükəsizlik kamerasına düşüb.

Unikal.org xəbər verir ki, mobil telefonu sahibinə qaytarmaq əvəzinə onu oğurlayaraq aradan çıxır.

Hadisə paytaxtda 77 saylı marşrut avtobusunda baş verib. Həmin avtobusda Yusif İbarhimov adlı sərnişin oturacaqdan qalxaraq xanım sərnişinə yer vermək istəyib. Bu zaman onun mobil telefonu yadından çıxaraq oturacağın üzərində qalıb.

Digər bir sərnişin həmin xanımın oturmaq istəmədiyini görüb özü orada əyləşir. Sonra isə Yusif İbrahimova məxsus mobil telefonu oğurlayaraq aradan çıxır. Bütün baş verənlər isə avtobusda quraşdırılan təhlükəsizlik kamerasına düşüb.

Zərərçəkmiş Yusif İbrahimov "Xəzər Xəbərə bildirib ki, həmin şəxs ona 250 manat miqdarında ziyan vurub. O, artıq hadisə ilə bağlı Yasamal rayon 29-cu polis bölməsinə şikayət də edib. Faktla bağlı araşdırma aparılır.