Morninqstar: "İran Azərbaycanın təhlükəsizlik sahəsində əsas problemlərindən biridir"
Morninqstar: "İran Azərbaycanın təhlükəsizlik sahəsində əsas problemlərindən biridir"

"İran Azərbaycanın təhlükəsizlik sahəsində əsas problemlərindən biridir"

ABŞ səfiri Riçard Morninqstar Azərbaycan prezidenti ilə görüşlərində İran məsələsinin müzakirə olunub-olunmadığına dair sualı belə cavablandırıb.
Riçard Morninqstar bəyan edib ki, Azərbaycanda keçirdiyi görüşlərdə İran məsələsi həmişə müzakirə olunub və olunacaq: "Biz bu məsələdə sıx əmıkdaşlığı davam etdirmək niyyətindəyik".
Səfir amerikalı konqresmen D. Rorabaxerin "ABŞ İranda azərbaycanlıların milli azadlıq mücadiləsinə dəstək verməlidir" bəyanatını da şərh edib: "ABŞ İranın mövcud sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmətlə yanaşır. Konqresmen Rorabaxer mütəmadi olaraq müxtəlif ideyalarla çıxış edir, lakin bu fikirlər ABŞ-ın rəsmi mövqeyi deyildir".
Qeyd edək ki, konqresmen D. Rorabaxer Şimali və Cənubi Azərbaycanın birləşməsinin zəruriliyini dilə gətirib və ötən ay bununla əlaqədar dövlət katibi Hillari Klintona rəsmi məktub göndərib.
ABŞ-ın Azərbaycandakı səfiri ölkəmizin Budapeştdəki səfirliyinin ünvanına ASALA terror təşkilatı tərəfindən təhdidlərin daxil olmasına dair xəbərlərdən narahatlığını ifadə edib. "Mən ABŞ Dövlət Departamentinin Ramil Səfərovla bağlı bəyanatını tam dəstəkləyirəm. Narahatlığım ondan ibarətdir ki, bu hadisə regionda stabilliyi bərqərar etməyə yönəlməyib, əksinə böyük problem yaradır. ABŞ hər iki tərəfin regionda vəziyyəti gərginləşməyə yönəlmiş istənilən addımlarından narahatdır. Bizi Azərbaycan səfirliyinə ASALA tərəfindən məktub göndərilməsi məlumatı da narahat edir".
Səfir Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin ATƏT-in Minsk Qrupunun köməyi ilə konstruktiv istiqamətdə davam edəcəyinə ümidvar olduğunu deyib: "Biz münaqişənin nizamlanması üçün tərəflər arasında dialoqun davam etdirilməsində maraqlıyıq".