"The Washington Post qəzetinin jurnalisti, Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilən Camal Kaşoqinə dair dəlillər məhv edilib.

Unikal.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, jurnalistin qətlindən bir gün sonra konsulluqda Kaşoqi olayına aid olduğu sənədlər yandırılıb.

KİV-lərdə yayılan videoda üç səudiyyəli nümayəndənin əllərindəki sənədləri konsulluğun həyətində yandırdığı görünür. Ehtimal edilir ki, həmin şəxslər məlum hadisə ilə bağlı dəlilləri yox etməklə izi itirməyə çalışıblar.