22 May 2019
21 May 2019
Azəriqaz sayğacların qiymətini qaldırdı
Azəriqaz sayğacların qiymətini qaldırdı CƏMİYYƏT 11:30 2018-10-23

Azərbaycana xaricdən gətirilən smartkart tipli qaz sayağaclarının qiyməti bahalaşıb.

Bu barədə Unikal.org-a "Azəriqaz İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev açıqlamasında bildirib ki, sayğaclar xarici valyuta ilə alındığına görə qiymətlər məzənnəyə görə dəyişir:

"Hazırda "İTRON firmasının istehsalı olan G4 smartkart tipli (əvvəldən ödənişli) qaz sayğacı 244 manat 14 qəpik, həmin firmanın istehsalı olan mexaniki sayğac 99 manat 47 qəpikdir.

Mexaniki sayğacların alışında qiymət artımı olmasa da, bu ilin əvvəlki ayları ilə müqayisədə hazırda G4 smartkart tipli sayağacların qiymətində 24 manat 40 qəpik artım qeydə alınıb.

Qeyd edək ki, bu ilin yanvar ayında G4 smartkart tipli sayağacların qiyməti 220 manat 54 qəpik idi.