23 Aprel 2019
Minik maşını Tatraya ÇIRPILDI - ÖLƏN VAR
Minik maşını Tatraya ÇIRPILDI - ÖLƏN VAR HADİSƏ 12:30 2018-10-23

Bakıda yol qəzası baş verib.

Unikal.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, oktyabrın 22-də saat 18 radələrində Qobu qəsəbəsinin sakini Dərya Alxasovun idarə etdiyi "VAZ-2107 və Bakı şəhər sakini Emil Abdullayevin idarə etdiyi "Tatra markalı yük avtomobili toqquşub, nəticədə D.Alxasov hadisə yerində ölüb.

Abşeron rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Abşeronda yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan sürücü tutulub.