Xəbər verdiyimiz kimi sentyabrın 13-də saat 19:00 radələrində Daşkəsən rayonu Tapan kəndində yaşayan İlyas Bağırov və Tamara Bağırovaya övladı Firdovsi Bağırov küt və kəsici alətlərlə zərbə endirərək çoxsaylı xəsarətlər yetirib.

Unikal.org xəbər verir ki, övladı tərəfindən baltalanan ata və ana başına gələnləri Xəzər televiziyasının "Səni axtarıram" verilişində danışıblar. Zərərçəkmiş Tamara Bağırova başına gələn hadisəni danışıb:

"Başımın hər tərəfinə tikiş qoyulub.3 gün özümdə olmamışam. Məni ağacla döydü, saçlarımız həmin ağacın üzərində qalmışdı. Bundan başqa çayniki götürüb üzərimizə tökdü. Bıçaqla boğazımı kəsmişdi, həmin yerə tikiş qoyublar. Dişlərimi qırıq-qırıq edib. Digər övladlarım da qorxurlar ki, Firdövsini vuracaqlar öləcək, övladları ortada qalacaq.Onu danlayırdılar ki, içki içmə, o da yenə içirdi."

Digər zərərçəkmiş ata İlyas Bağırov qeyd edib ki, oğlu Firdovsi Bağırov onlara işgəncə verib:

"O, yeziddir, çox mundar adamdı.Ona çox hörmətlər elədim, qanmadı bizi pis vəziyyətə saldı."

Qeyd edək ki, sujet efirə gedəndən sonra verilişin aparıcısı Xoşqədəm Hidayətqızı bildirib ki, əldə etdikləri məlumata görə, oğlu tərəfindən döyülən İlyas Bağırov cavanlığında öz valideynlərini döyərək, onları tövləyə bağlayıb.