23 Mart 2019
22 Mart 2019
Temperatur 10 dərəcə aşağı enəcək - DAŞQIN, SEL OLACAQ
Temperatur 10 dərəcə aşağı enəcək - DAŞQIN, SEL OLACAQ CƏMİYYƏT 16:16 2018-10-23

Oktyabrın 26-dan 27-si axşamadək ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək.

Bu barədə Unikal.org-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi güclənəcək.

ETSN xəbərdarlıq edir ki, havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.