ABŞ-ın Florida ştatından olan Zila Seynt Onj adlı altı aylıq qızcığaz çətinliklə yerisə də, su xizəyi üzərində möhkəm dayanmağı bacarır.
Unikal.org musavat.com-a istinadən bildirir ki, bu balaca qız öz yaşıdları arasında su xizəyi üzərində daha uzun müddət getmək üzrə dünya rekordu müəyyən edərək, "Ginnesin Rekordlar Kitabı"na düşüb.
 
Balaca Zila su xizəyi üzərində 209.2 metr getməyi bacarıb. Rekord Florida çimərliklərinin birində qeydə alınıb.
[video= | ]