18 Mart 2019
Vətəndaşlara 8000-ə yaxın ağac tingləri paylanıldı - FOTOLAR
Vətəndaşlara 8000-ə yaxın ağac tingləri paylanıldı   - FOTOLAR CƏMİYYƏT 16:48 2018-11-12

Bu gün "Hər ailə ağac əksin devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başlanan aksiya Binəqədi rayonu və Mehdiabad, Zığ, Qala qəsəbələrində davam etdirilib.

Nazirlikdən Unikal.org-a verilən məlumata görə, ağac əkilməsinin təşviqi kampaniyasında vətəndaşlara ümumilikdə 8000-ə yaxın müxtəlif cinsli meyvə və həmişəyaşıl ağac tingləri paylanılıb.

Xatırladaq ki, 09 noyabr 2018-ci il tarixində Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində "Hər ailə ağac əksin devizi altında keçirilən aksiyada vətəndaşlara 6000-ə yaxın müxtəlif cinsli ağac tingi paylanılmışdı.

17 noyabr 2018-ci il tarixində kampaniya daha kütləvi xarakter alaraq məktəblərdə "Bir şagird bir ağac əksin və qorusun devizi altında davam etdiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ağac əkməyə və payız əkini kampaniyalarına qoşulmağa çağırır.

  • Vətəndaşlara 8000-ə yaxın ağac tingləri paylanıldı   - FOTOLAR