13 Dekabr 2018
Evində kombisi olanlara XƏBƏRDARLIQ - VİDEO
CƏMİYYƏT 21:39
  • A

Artıq havalar soyuyub. İnsanlar mənzillərində qızıdırıcı cihazlar quraşdırırlar. Onlar arasında ən geniş yayılmışı kombidir. Düzdür, kombi qazla işləyən digər qızdırıcılardan daha təhlükəsiz hesab edilir. Amma bu zaman da bir sıra qaydalara əməl etmək lazımdır. Əks halda təhlükəli vəziyyət yarana bilər.

Unikal.org xəbər verir ki, havaların soyuması ilə mənzillərdə qızıdırıcı cihazların-kombilərin quraşdırılmasına başlanılıb.

Mütəxəssislər xəbərdarlıq edir ki, belə cihazlar quraşdırılarkən bir sıra qaydalara əməl edilməlidir.

İlk növbədə, kombilərin quraşdırılmasını lisenziyası olan ustalara həvalə etmək lazımdır.

Kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov deyir ki, kombilər qazla işlədiyindən çox diqqətli olmaq lazımdır. Qızdırıcının yanma kamerasına lazımi qədər havanın daxil olmasına şərait olmalıdır.

Nüsrət Qasımov bildirir ki, məhz bu amilə görə kombiləri qapalı şəraitdə saxlamaq tövsiyə edilmir. Əgər kombi qapalı şəraitdə quraşdırılıbsa, bu zaman bir sıra qaydalara əməl edilməlidir.

Ekspert deyir ki, təhlükəsizlik, həm də cihazın normal istiliyi təmin etmək baxımından, kombinin yanma kamerasının açıq havada olması məsləhətdir.

Kombi qapalı şəraitdə qurulursa, yanma kamerasının yerləşdiyi otağın sahəsi böyük olmalıdır.