12 Dekabr 2018
Bu layihə heç kimə qarşı yönəlməyib - Putin
DÜNYA 17:31
  • A

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfər edib.

Unikal.org xəbər verir ki, onu İstanbulun Atatürk hava limanında İstanbul valisi Ali Yerlikaya, Böyükşəhər Bələdiyyə sədri Mevlüd Uysal, Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerov və iki ölkənin digər rəsmiləri qarşılayıb.

V.Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə "Türk Axın" layihəsinin ilk mərhələsinin tamamlanmasına həsr edilən tədbirdə iştirak edib.

Türk axını layihəsi başqalarına qarşı yönəlməyib, dövlətlərin öz milli mənafeyini qorumaq bacarığını nümayiş etdirir".

Bunu "Türk axını təbii qaz kəməri layihəsinin Türkiyəyə qaz verilməsini nəzərdə tutan ilk xəttinin dəniz hissəsinin tamamlanması ilə əlaqədar İstanbulda keçirilən mərasimdə Rusiya Prezidenti Vladimir Putin deyib.

"Bu kimi layihələr, o cümlədən hazırkı layihə heç kimə qarşı yönəlməyib və sırf qurucu mahiyyət daşıyır, - deyən Rusiya Prezidentinin sözlərinə görə, bu layihə dövlətlərarası münasibətlərin genişlənməsinə, iqtisadiyyatın dayanıqlı inkişafına və iki ölkə əhalisinin rifahının yüksəlməsinə yönəlib.