"Savalan musiqi qrupunun bədii rəhbəri, Opera və Balet Teatrının solisti Novruz Novruzlu vəfat edib.

Unikal.org xəbər verir ki, bu haqda mərhumun yaxınları sosial şəbəkədə yazıblar.

58 yaşında dünyasını dəyişən N.Novruzlu həm də aktyor və ilahi mahnıların ifaçısı kimi tanınıb.