İki mövsüm əvvəl 105 milyon avro qarşılığında "Yuventusdan "Mançester Yunaytedə transfer olunan Pol Poqba haqqında sürpriz iddia irəli sürülüb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "qırmızı şeytanlarda baş məşqçi Joze Mourinyo ilə işləri qaydasında getməyən 25 yaşlı fransalı yarımmüdafiəçi "qoca sinyoradakı keçmiş komanda yoldaşlarına zəng edərək, "Yuventusa qayıtmaq istədiyini deyib.

Poqbanın geri dönmə istəyinin Turin təmsilçisi tərəfindən müsbət qarşılandığı, "Milan və Zlatan İbrahimoviç arasındakı danışıqlar üçün Milanda olan futbolçunun meneceri Mino Rayolayla görüşəcəkləri deyilir.

Fransa millisinin üzvünün "qırmızı şeytanlarla müqaviləsi 2021-ci ilin iyununda başa çatacaq.