11 Dekabr 2018
Azərbaycanda Instagram və Facebook çökdü
CƏMİYYƏT 2018-11-20 17:11:12
  • A

Azərbaycanda "Instagram və "Facebook" sosial şəbəkələri çöküb.

Unikal.org xəbər verir ki, hazırda "Instagram və "Facebook" sosial şəbəkəsində problem yaranıb. Belə ki, istifadəçilər öz profillərinə daxil ola bilmir.

Üstəlik nasazlıq səbəbindən aktiv profillərdə məlumat paylaşmaq, axtarış etmək və ümumiyyətlə, şəbəkədən istifadə iflic hala düşüb.

Problemin səbəbləri barədə hələlik heç bir açıqlama verilməyib.