Bakıda ağır yol qəzası baş verib.

Unikla.org Publika.az-a istinadən xəbər verir ki, Nizami rayonu Babək prospektində "Audi və "Daevoo markalı iki avtomobil toqquşub. Nəticədə ağır xəsarət alan şəxslərdən biri hadisə yerində ölüb. Daha bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.