Türkiyənin "Beşiktaş klubu "Sumqayıtın 12 yaşadək futbolçulardan ibarət komandasının üzvü Nihat Əhmədzadəni heyətinə qatıb.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xəbərdə 12 yaşlı futbolçunun bundan sonra "Beşiktaşın futbol akademiyasında oynayacağı bildirilib.

Türkiyə mətbuatı Nihatı Azərbaycanın Lionel Messisi adlandırıb. Nihat "Mançester Yunayted Futbol Məktəbinə seçimlərində də iştirak etmişdi.