10 Dekabr 2018
YAP-ın yaradılmasının 26-cı ildönümü qeyd edildi - FOTO
SİYASƏT 2018-11-21 14:54:28
  • A

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 26-cı ildönümü ilə bağlı partiyanın mərkəzi qərargahında tədbir keçirilib.

Unikal.org-un məlumatına görə, tədbirdə Yeni Azərbaycan Partiyası sədrinin müavini və partiyanın icra katibi, Baş nazirin müavini Əli Əhmədov, Baş nazirin müavini Hacıbala Abutalıbov, Milli Məclisin sədr müavini, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Bahar Muradova və digər rəsmi şəxslər iştirak çıxışlar edib.

Qeyd edək ki, bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 26 il ötür.

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb.

YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.

Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.