Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Meksikaya işgüzar səfərə yola düşüb.

Bu barədə Unikal.org-a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində E.Məmmədyarovun Meksikanın yeni seçilmiş Prezidentinin inauqurasiya mərasimində iştirakı və bir-sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.