Xəbər verdiyimiz kimi, Keşlə qəsəbəsində bir ailə dəm qazından zəhərlənib. Ata və ananın vəziyyəti stabilləşib. Amma, ailənin tək övladı 10 yaşlı Fateh dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində muğam üzrə təhsil alırmış.
Mərdanlı Fateh Murad oğlunun sinif rəhbəri olan Gülnarə Mütəllimova sayıtımıza açıqlamasında bildirib ki, dünyasını dəyişən uşaq bu il imtahanla onların məktəbinə qəbul olmuşdu:

"Çox yaxşı, ağıllı, sakit, tərbiyəli,bilikli və ən əsası isə səsi gözəl olan tələbə idi. Çox yaxşı muğam ifa edirdi. Anası hər diqiqə onunla maraqlanırdı. Bu gün onun sinfində olan 14 nəfər uşaq Fatehin ölüm xəbərini eşidib, hönkür-hönkür ağlayırlar. Onu da deyim ki, "Bayraq günü" ilə bağlı təşkil edilən konsert proqramında çıxış elədi. Ailəsi çox sevincli idi. Öz yaşıdları səviyyəsində səsi yerində olan uşaq idi".

Unikal.org faciəli şəkildə dünyasını dəyişən 10 yaşlı Fatehin təhsil aldığı məktəbdə ifa etdiyi muğamı oxuculara təqdim edirik: