"Qarabağın Avropa Liqasındakı rəqiblərindən olan "Arsenal futbolçusu Danni Uelbeklə bağlı qərarını verib.

Unikal.org xəbər verir ki, "topçular mövsümün sonunda müqaviləsi bitəcək 28 yaşlı forvardla yeni sözləşmə imzalamayacaq. Bu barədə İngiltərənin "The Times nəşri məlumat yayıb.Xəbərdə, baş məşqçi Unay Emerinin Uelbekin tez-tez zədələnməsinə görə narahat olduğu və onu komandada görmək istəmədiyi bildirilib.

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Portuqaliya "Sportinqi ilə qolsuz bərabərliklə başa çatan matçda ayağı sınmış Uelbek, uzun müddət meydana çıxa bilməyəcək.

"Arsenalın daha bir futbolçusu - Aron Remzi ilə də müqaviləni yeniləməyəcəyi bildirilmişdi.

"Qarabağ Avroliqanın E qrupunda "Arsenalla eyni qrupda mübarizə aparır. "Topçular dekabrın 14-də, öz meydanında "Qarabağı qəbul edəcək. Komandalar arasında Bakı Olimpiya Stadionunda baş tutan matçda London komandası 3 cavabsız qolla qalib gəlib.