Bu gün Yüksək Texnologiyalar Parkında Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İsrailin İnnovasiya Qurumu arasında Azərbaycan-İsrail İnnovasiya üzrə "dəyirmi masa keçirilib.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə açılış nitqi ilə çıxış edərək, İsrail ilə innovasiya sahəsində əməkdaşlığın Azərbaycan üçün prioritet təşkil etdiyini vurğulayıb.

Tədbirdə İsrail İnnovasiya Nazirliyinin Asiya Sakit okean bölməsinin baş direktoru Cənab Avi Luvton çıxışında iki ölkə arasında innovasiya sahəsində əməkdaşlığın perspektivləri barədə danışıb.

Tədbirdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi və qlobal bazara çıxış potensialı olan Azərbaycan startapları təqdimatla çıxış ediblər.

Sonda iki ölkə arasında innovasiya sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə atılacaq birgə addımlar barədə fikir mübadiləsi aparılıb.