"Yuventus" futbolçusu Aleks Sandronun müqaviləsinin müddətini uzatmağa hazırlaşır.

Unikal.org xəbər verir ki, Turin təmsilçisi 27 yaşlı müdafiəçi ilə müddəti 2023-cü ilə qədər olan yeni sözləşmə imzalayacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Aleks Sandro ilə PSJ və "Mançester Yunayted" yaxından maraqlanırdı. Onun "Yuventus"la hazırki müqaviləsi, 2020-ci ilin yayında bitirdi.

Braziliyalı müdafiəçi cari mövsümdə 18 qarşılaşmada iştirak edib və 2 məhsuldar ötürmə verib.