Dünən gecə Bakıda avtomobil aşıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, gecə saat 03:00 radələrində paytaxtın Xətai rayonu, Nobel prospektində hərəkətdə olan maşın idarəetməni itirib. Nəticədə dövlət qeydiyyat nişanı 10-VA-309 olan "Toyota Yaris" markalı avtomobil aşıb. 

Avtomobildə olan 4 nəfər xəsarət alıb. Onlar hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Famil Fərhadoğlu