Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) növbəti "Açıq mikrofon təşkil olunub. 

Unikal.org xəbər verir ki, tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədrisin keyfiyyətinin yüksəldilməsi sahəsində görülən işlərdən danışan rektor, prof. M.Babanlı qış imtahan sessiyasına hazırlıq, imtahan qaydaları haqqında tələbələri məlumatlandırıb.

Dərslərin daha yaxşı təşkil olunması üçün universitetə yerli və əcnəbi professorların dəvət olunduğunu bildirən M.Babanlı bu işin mütəmadi davam etdiriləcəyini söyləyib. Universitetdə Startap festivalı və Məzun-Karyera Sərgisinə hazırlıq işləri haqqında danışan rektor M.Babanlı tələbələri bu tədbirlərdə fəal iştirak etməyə çağırıb.

Rektor M.Babanlı, həmçinin elmi işlərdə qazanılan uğurlar, beynəlxalq əlaqələr, xarici universitetlərlə mübadilə proqramları, nizam-intizam və başqa məsələlərdən danışıb.

Sonda tələbələrin sualları cavablandırılıb.