Ərzurumda dəhşətli hadisə baş verib. 27 yaşlı Y.G qohumu 14 yaşlı oğlan uşağına təcavüz edib. 

Unikal.org-un məlumatına görə, uşaq uzun müddət imiş qonşuluqda yaşayan qohumu tərəfindən təcavüzə uğrayıb. Hadisə ilə bağlı 14 yaşlı uşaq polisə ifadə verib. 

O ifadəsində  belə deyib: 

" İlk dəfə 9-10 yaşımda məni istismar etməyə başladı. Məni özü ilə dama aparıb, cinsi istismar etdi. Ancaq bu bir dəfə baş verməyib. Sonrakı illərdə də belə hərəkətlərə davam etdi. Hər dəfə bu hərəkəti təkrarlayanda ailəmə deməməyim üçün hədə-qorxu gəlirdi. 

7-ci sinifdə oxuyanda da eyni şeyi təkrarlamaq istədi. Amma bu dəfə müəllimimə dedim. O da ailəmə hər şeyi danışdı. Buna görə də ailələr arasında dava düşdü".

14 yaşlı uşağın anası məhkəmədə ifadə verərkən ailənin tez-tez evlərinə gəlib, şikayətlərini geri almaqları üçün təzyiq göstərdiklərini deyib:

"Oğlanın anası evimə gəlib və "Sənin uşağın oğlandır. Qızlığı pozulmayıb ki. Heç nə olmaz, unudar deyir. Bizi hər görəndə "Uşağımın adını heç kimə deməyəcəksən. Məhkəməyə gedib yalan dedik, deyəcəksiniz deyirlər. Şikayətçiyəm.

Həbs olunub bir müddət sonra azadlığa çıxan Y.G-nin uşağı cinsi istismar etdiyinə görə 16 il, təhdid və hiylə istifadə edərək iradəsindən məhrum etdiyinə görə 4 ildən 11 ilə qədər həbs edilməsi tələb olunub.