Oğuz rayonunda iki avtomobil toqquşub, xəsarət alanlar var.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun Oğuz rayonunun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

48-BC-340 dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobillə, 36-BF-473 dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobil toqquşub. Hadisə nəticəsində avtomobillərdə olan 3 nəfər Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.