Fransada "Sarı jiletlilərin etiraz aksiyası başlayıb.

Unikal.org istinadən xəbər verir ki, aksiya iştirakçıları "Qələbə, "Ulduz meydanları və Yelisey çölü istiqamətində hərəkət edir.

Fransanın paytaxtı Paris şəhərində etiraz aksiyası başlamazdan əvvəl - dekbarın 8-i səhər saatlarında 228-dən çox etirazçı saxlanılıb.

Saxlanılarkən 34 nəfərin üzərində maska və çəkic aşkar edilib.

Qeyd edək ki, noyabrın 17-də Fransada avtomobil yanacaqlarının qiymətlərinin bahalaşacağına qarşı etiraz aksiyası keçirilir. Bu gün irimiqyaslı etiraz aksiyasının keçiriləcəyi gözlənilir. Həmçinin bu gün Belçika və Hollandiyada da etirazçılara dəstək aksiyasının keçiriləcəyi planlaşdırılır.


xxx

Fransada "sarı jiletlilərin etiraz aksiyası keçirilir.

Unikal.org xəbər verir ki, hazırda davam edən aksiyada nümayişçilərlə polis əməkdaşları arasında qarşıdurma yaşanıb. Polis etirazçılara qarşı bibər qazından istifadə edib.

Məlumata əsasən, 8 mindən çox polis Parisdə təhlükəsizliyi qorumaq üçün səfərbər edilib. Paytaxt küçələrinə zirehli texnikalar cəlb olunub. Bu günədək baş tutan aksiyalarda azı 700 nəfər saxlanılıb, ictimai asayişi pozduğuna görə 211 nümayişçinin həbsinə qərar verilib. Hazırda polis əsas küçə və prospektləri nəzarətə götürüb.