Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Unikal.org xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. Azərbaycan milli komandasının son 1 il ərzində göstərdiyi nəticələr nəzərə alınaraq və "Qarabağ klubunda fəaliyyəti üçün daha çox vaxt ayırmasına imkan yaradılması məqsədilə millinin baş məşqçisi Qurban Qurbanovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilsin.

2. Aşağı yaş qruplarından ibarət yığma komadaların son 1 il ərzində nəticələri qeyri-qənaətbəxş sayıldığı üçün və müvafiq fəaliyyət strategiyası AFFA-ya təqdim olunmadığına görə U-21, U-18, U-17, U-16 və U-15 yığmalarının baş məşqçiləri ilə müqaviləyə xitam verilsin.

3. Lisenziya iddiaçısı olan klublar "Maliyyə məlumatlarında "Xərclərlə bağlı uşaq futboluna il ərzində çəkilmiş xərci açıqlamalı, digər bütün xərclər isə "Digər xərclər kimi göstərilməlidi. "Gəlirlərlə bağlı isə il ərzində müxtəlif mənbələrdən daxil olan vəsaitlər barədə məlumat təqdim olunmalıdı.

4. Hakimlər Komitəsinin tərkibi aşağıdakı kimi təsdiq olunsun:

Hakimlər komitəsinin sədri
Frits Ştuxlik

Üzvlər
Vüsal Əliyev
Ömər Paşayev
Anar Salmanov
Elçin Məmmədov

Departament rəhbəri
Cavid Cəlilov

Əməkdaşlar
Akif Əmirəli
Ceyhun Haşımov
Əliyar Ağayev
Orxan Məmmədov
Şahin Cəfərov

Fitnes məşqçi
Namiq Quliyev

5. Yaşar Vahabzadə və Şahin Diniyev Məşqçilər Komitəsinin üzvü təyin olunsun.