Fransa və Belçikadan sonra Hollandiyada da "sarı jiletlilər" aksiyası başlayıb.

Unikal.org xəbər verir ki, Amsterdam ve Rotterdam şəhərlərində yüzlərlə insan etiraza qalxıb. Nümayişçilər baş nazir Mark Rutterin istefasını tələb ediblər.

"Rədd ol", "İstefa" şüarları səsləndirən sakinlər pensiya, təhsil, işsizlik və miqrant problemlərindən şikayətlənib, hökumətin fəaliyyətini tənqid ediblər.

Qeyd edək ki, bu gün Fransa və Belçikada keçirilən etiraz aksiyalarında yüzlərlə nümayişçi saxlanılıb.