Meksikalı model Vanessa Ponce de Leon 2018-ci ilin "Dünya gözəli seçilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yarışmanın finalı Çinin Haynan adasında keçirilib. Müsabiqədə ikinci yeri tailandlı Nikolin Piçala tutub.

Qələbədən sonra Vanessa Ponce hələ də müvəffəqiyyətinə inanmadığını və ölkəsini çox sevdiyini söyləyib.

26 yaşlı Ponce "Dünya gözəli titulunu qazanan ilk meksikalı modeldir.

"Dünya gözəli yarışması ilk dəfə 68 il əvvəl Böyük Britaniyada keçirlib.