Qurban Qurbanovun Azərbaycan millisinin baş məşqçi postundan göndərilməsindən sonra milli komandanın mətbuat xidmətinin taleyinin necə olacağı sual doğururdu.

Milli komandanın keçmiş mətbuat katibi Elman Himayətoğlu Unikal.org-a açıqlamasında istefa verdiyini açıqlayıb. O bunun səbəbinin Qurbanovun gedişi ilə bağlı olmasını təsdiqləyib:

“Artıq mən də  millidə yoxam.  Səbəbi isə məni ora Qurban Qurbanov gətirmişdi, o da gedəndən sonra mən də getməli oldum.

Hazırda isə bir müddət istirahət etməyi düşünürəm”.

Qeyd edək ki, Elman Himayətoğlu əvvəllər “Zirə” klubunda eyni vəzifəni daşımışdı.