Abşeronda 5 otaqlı ev yanıb.

FHN-dən Unikal.org-a verilən məlumata görə, rayonda ümumi sahəsi 120 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları, ev əşyaları, dam örtüyü 90 m² sahədə və bir otağının tavanı 12 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.