Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərindəki qələbəsindən sonra xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib.

Unikal.org xəbər verir ki, Paşinyan müxtəlif məsələlərlə yanaşı, Türkiyə-Ermənistan münasibətlərinə də toxunub. O, Türkiyənin məşhur "Anadolu Agentliyi"nin muxbirinin sualına cavab verib. Bildirib ki,  Türkiyə ilə heç bir şərt olmadan birbaşa əlaqə qurmağa hazırdır: "Ümid edirəm ki, Türkiyə də Ermənistanla əlaqə qurmağa hazırdır".

Paşinyan Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün yeni bir addım atmayacağını da dilə gətirib:  "Türkiyə ilə münasibətlərimizin yaxşı olmaması Dağlıq Qarabağ problemi ilə bağlıdır. Ermənistan -Azərbaycan arasındakı konfliktin olması, Türkiyə ilə Ermənistan arasındakı münasibətlərə  də ciddi təsir edir".

Paşinyanın erməni işğalı altındakı Dağlıq Qarabağ məsələsinə də toxunub: “Hazırda bu məsələnin həlli  beynəlxalq təşkilatların bir nömrəli müzakirə obyektidir. Biz ümid edirik ki, bu problemi həll edəcəyik. Hazırda da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq".

Paşinyan həmçinin qeyd edib ki, Dağlıq Qarabağda yaşayan xalqların yüksək özünü idarəetmə imkanları olmayına qədər bu münaqişənin həlli mümkün olmayacaq.