“Instagram” sosial şəbəkəsində səsli mesaj göndərmək imkanı əlavə olunub.

Unikal.org-un məlumatına görə, səsli mesaj xidməti bu gündən etibarən istifadəyə verilib.

Qeyd olunur ki, səs yazısı göndərmək üçün “Direct” funksiyasında mikrofon düyməsindən istifadə etmək kifayətdir. Səs yazısının maksimum müddəti bir dəqiqəyə çata bilər.