Dekabrın 12-də yerli vaxtla saat 00:41:36-da Ağdam stansiyasından 14 km şimal-şərqdə Ağcabədi ərazisində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Unikal.org-a verilən məlumata görə, zəlzələnin maqnitudası 3.0, dərinliyi 24 km olub.

Zəlzələ hiss olunmayıb.