“Bavariya” qış transfer pəncərəsi dövründə heyətini yeni futbolçularla gücləndirməyə hazırlaşır.

 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Münhen təmsilçisi “Marsel”dən Florian Toven, “Lill”dən Nikolya Pepe və “Lion”dan Nabil Fekiri heyətinə qatmaq niyyətindədir. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

 

Xəbərdə, Bundesliqa təmsilçisinin hər üç futbolçunun transferi üçün ümumilikdə 145 milyon avro pul ayırdığı bildirilib. “Bavariya” Toven üçün “Marsel”ə 45, Pepe üçün “Lill”ə 60, Fekir üçün isə “Lion”a 40 milyon avro təklif edəcək.

 

“Bavariya” bu futbolçularla yanaşı, həm də “Real”ın üzvü İskonu da transfer etmək niyyətindədir.