“Maşın” realiti şousunun tanıtım çarxı yayımlanıb.

Unikal.org-un məlumatına görə, oyunun bu dəfəki sloqanı “hind kinosu” olacaq. 18 iştirakçı 13 dekabrdan maşının ətrafına toplaşacaq.

Xalq artisti Murad Dadaşovun layihəsi olan “Maşın” ATV-də efirə gedəcək. ötən gecədən İnstaqramda yayılan çarx gülüşlə qarşılanıb.

Qeyd edək ki, oyunda avtomobil uğrunda yarışanlar arasında Səmra Rəhimli, Ranar Musayev, Sərxan Kərəmoğlu, Allahverdi Yolçuyev, Mina Hüseyn, Ramil Nabran kimi məşhurlar olacaq.